Post-metal | |
---|---|
Yarandığı dövr | 1996 |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Post-metal — birləşmiş janr olub post-rok, həvi metal və shoegaze tərzinin qarışığı hesab olunur. 1990-cı illərdən etibarən yayılmağa başlayıb. Başlıca vətənləri sırasında ABŞ, İngiltərə, İsveç var. Başda progressive və industrial musiqi olmaq üzrə sludge, stoner, instrumental metal, metalcore kimi növlərlə əlaqəsi olan, bu növlərin məzmun mənasında bir qismini altında toplayabiləcəyimiz musiqi tərzidir. Ümumiyyətlə, mahnılar qaranlıq hava daşıyır, müddətləri uzundur. Albomlar əsasən konseptikdir, mahnılar single şəklində olmaz, bütün albomu dinləməklə gözlənilən təsir təmin edilir. Minimal səviyyədəki vokallar əksərən brutal olaraq icra edilir. Normal rock/metal alətlərin yanında tez-tez sintezator istifadə edilər. Gitaralar distorsionludur, yavaş ritimlə çalınır.